Azərbaycanda daha bir tələbə qız dəhşətli hadisədə öldü – FOTO
    • 24-11-2021, 11:56
    • 829

Azərbaycanda daha bir tələbə qız dəhşətli hadisədə öldü – FOTO

Qazax rayonunun Yuxarı Salahlı kəndində TIR yolu keçən 17 yaşlı Lalə Süleymanovanı vurub. 

News24.az-ın məlumatına görə, piyada aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Qeyd edək ki, Lalə Süleymanova Qazax Dövlət Sosial-İqtisad Kollecinin II kurs tələbəsi olub. Allah rəhmət eləsin!

Xatırladaq ki, noyabrın 20-də saat 10 radələrində Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində Gəncə şəhər sakini A.Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Qusar rayon sakini Yasəmən Ağaşirinovanı vurub öldürüb. Həlak olan qız Qərbi Kaspi Universitetinin 2-ci kurs tələbəsi olub.