-
- 24-11-2021, 12:05
- 643
Bakıda “Maqa” ləqəbli şəxsin ŞOK ƏMƏLLƏRİ – Gecə 1-də evə basqın etdi, bıçağı uşağa tuşladı
Noyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində Balakən rayon Qullar kənd sakini, 1995-ci il təvəllüdlü Məhəmməd Vahabov barəsində Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri (Quldurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, yaşayış sahəsinə qanunsuz olaraq girməklə törədildikdə, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
News24.az-ın məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən məhkəmə prosesində məlum olub ki, Məhəmməd daha 2 nəfərlə birlikdə ötən il sentyabrın 27-nə keçən gecə Xətai rayonu ərazisində yetkinlik yaşına çatmayan Mehdi Əliyevi bıçaqla hədələyərək onun üzərindəki pulları alıb, daha sonra onlar Mehdinin bacısının yaşadığı evə daxil olaraq oradakı pulları götürüblər.
Məhkəmədə ifadə verən yetkinlik yaşına çatmayan şəxsin qanuni nümayəndəsi, həm də zərərçəkən Fatimə Əliyeva hadisə baş verən gün həyat yoldaşının evdə olmadığını deyib:
“17 yaşlı qardaşım həyat yoldaşım Elxanın işlətdiyi avtoyuma məntəqəsində yuyucu işləyib. Elxan 2020-ci il sentyabrın 26-da atasına baş çəkmək üçün Kürdəmir rayonuna yola düşmüşdü, sentyabrın 27-də saat 01 radələrində Mehdi yemək yeyib işləməyə getmişdi. O, evdən çıxmasından biraz keçmiş evin həyət qapısı döyüldüyündən darvazanı açdım. Mehdinin yanındakı üç nəfərlə qayıtdığını gördüm. Sonradan onlardan birinin adının «Maqa» ləqəbli Məhəmməd olduğunu bildim. O, sağ əlində bir qədər gizlin formada qırmızı dəstəkli bıçaq saxlayaraq Mehdi ilə həyətə girməklə məndən Elxanın nə qədər pulu varsa, verməyimi tələb etdi. Qorxub evdəki 1.200 manat pulu Məhəmmədə təqdim etdim. Məhəmməd evdən çıxmamışdan əvvəl azyaşlı övladımın paltarından əli ilə tutaraq bıçağı tuşlamaqla polisə məlumat verəcəyimiz halda uşağın başını kəsəcəyi ilə hədələdi. Bundan əvvəl isə küçədə Məhəmmədin yanındakı iki nəfər şəxslə bərabər Mehdini bıçaqla hədələməklə qardaşımın və ərimin ümumilikdə 63 manat pulunu ələ keçirdiyini bilmişəm. O, hadisə barədə telefon vasitəsi ilə Elxana xəbər verdim, amma o, qorxduğu üçün şikayət etmək istəmədi. Sentyabrın 28-də ərimin əmisi bu məsələni bilib DİN-in «102» xidmətinə şikayət etdi”.
Məhkəmədə təqsirləndirilən şəxs belə bir əməl törətmədiyini, ona şər atıldığını deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsində aparılan məhkəmə istintaqı zamanı Məhəmməd Vahabovun xuliqanlıq əməli də törətməsi üzə çıxıb. “Maqa” ləqəbli şəxs məhkəmənin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.