-
- 24-11-2018, 15:35
- 673
Britaniyanın milli sərvəti oğurlanıb
Britaniyanın Nottinqhemşir şəhərindəki tarixi Uelbek malikanəsində qorunub saxlanılan və brilyantlarla bəzədilmiş “Portlend tacı” oğurlanıb.
News24.az xəbər verir ki, Böyük Britaniyanın milli sərvəti sayılan tac, 1902-ci ildə Lui Fransua-Kartyenin ərsəyə gətirdiyi bu sənət əsərinin üzərinə Portlend hersoqları sülaləsinə məxsus iri karatlı brilyant daşlar düzülüb. Britaniya kralı VII Edvardın tacqoyma mərasimində sülalənin altıncı hersoqunun xanımı Uinifred məhz bu tacla iştirak edib.
Qeyd edək ki, qiymətli tacla yanaşı, malikanədən brilyant sancaq da oğurlanıb. Oğrular hər iki əşyanı götürərək, yerlərinə onların saxtasını qoyublar.
Hazırda oğurluq edən şəxslər polis tərəfindən axtarılır.