-
- 30-11-2021, 14:18
- 1 155
Bakıda ərdən arvadı haqqında ŞOK SÖZLƏR: “Qonşu evdə başqa kişilərlə cinsi əlaqədə olurdu”
Bakı Ağır Cinayətlər Məhkəməsində bu ilin 1 iyul tarixində gecə saat 11 radələrində Bakı şəhər Nərimanov rayonu ərazisində həyat yoldaşına çoxsaylı bıçaq zərbələri endirərək onu öldürməyə cəhd edən 1981-ci il təvəllüdlü Həbib Məmmədov barəsində açılmış cinayət işi azrə məhkəmə prosesi başa çatıb.
News24.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə baxılan, Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə açılmış iş üzrə məhkəmə prosesində bəzi faktlar üzə çıxıb. Məlum olub ki, bakıda məişət tullantılarının daşınması ilə məşğul olan kommunal idarədə fəhlə işləyən Həbib 2010-cu ildə Lalə ilə ailə həyatı qurub və onların 2 övladı var. Bir müddət əvvəl ailədə yaranmış söz-söhbət səbəbindən onların münasibəti pozulub və qonşuluqda, amma ayrı-ayrı yaşamağa başlayıblar. Həbib dəfələrlə Lalə ilə barışmağa cəhd etsə də, qarşı tərəf bununla razılaşmayıb. Nəhayət iyulun 1-nə keçən gecə spirtli içki qəbul etmiş 40 yaşlı kişi arvadının yaşadığı qonşu mənzilə yaxınlaşaraq onu çölə çağırıb və azyaşlı övladının gözləri qarşısında ona çoxsaylı bıçaq zərbələri endirərək öldürməyə cəhd edib. Lalənin artıq öləcəyini düşünən və uşağın araya girməsini görən şəxs oradan uzaqlaşdıqdan sonra Lalə xəstəxanaya çatdırılıb və onun həyatı xilas edilib.
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs deyib: “2010-cu ildə Lalə ilə ailə həyatı qurmuşam, birgə nikahından 2 övladımız dünyaya gəlib.
Uzun müddət Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində məişət tullantılarını yığan fəhlə kimi işləmişəm. Hadisədən 6-7 ay əvvəl Lalə ilə qeyri-rəsmi ayrılmışdıqr. Lalə uşaqlarla birlikdə mənimlə eyni həyətdə qonşuluqda yaşayır, özüm isə yaxınlıqda yaşayan anamın yanına köçmüşdüm. Lalə tez-tez qonşumuz Nəcibənin evinə gedib, narkotik vasitələr qəbul edib və müxtəlif kişilərlə mənə xəyanət edib. Arvadım düzgün yolda olmadığı üçün ondan ayrılmışam. 30 iyun 2021-ci il tarixdə axşam saat 22 radələrində evdə olduğum zaman yan evdə yaşayan Lalənin evindən yad kişi səsi eşitdim, bərk qəzəblənərək evin pəncərəsini döydüm. Lakin nə qədər döysəm də, Lalə pəncərəni açmadı. Daha sonra Lalə pəncərə arxasından mənə dedi ki, “nə var gəlmisən bura, mən səni çağırmışam? görmək istəmirəm səni”. Həmin an anladım ki, evdə yad kişi var və Lalə məni bu səbəbdən evə buraxmır. Lalənin bu hərəkətlərinə əsəbləşib qərara gəldim ki, onu öldürüm. Bu səbəblə evdən bıçaq götürüb həyətdəki hamamda gizlətdim. 01 iyul 2021-ci il tarixdə işdən qayıtdıqdan sonra axşam saat 23 radələrində bıçağı götürüb Lalənin yaşadığı evin qapısını döydüm. Lalə qapını açdı, həyətə daxil oldum. Çöl darvazanı bağladım ki, hadisənin şahidi olmasın və evə heç kəs girə bilməsin. Qapını bağladıqdan sonra Laləyə sual verdim ki, “evdə dünən kişi olubmu?”, Lalə isə kişinin olmadığını, anasının olduğunu dedi. Bu zaman kiçik oğlum həyətə çıxdı, ona evə girməsini söylədim. Uşaq evə girən zaman evdə qonşumuz 10-12 yaşlı Raulu gördüm. Uşaq evə girdikdən sonra arxa cibimdən bıçağı götürərək Lalənin bədəninə müxtəlif nahiyələrinə zərbələr endirdim. Lalə aldığı zərbələrdən yerə yıxıldı və bu zaman kiçik oğlum yenidən həyətə çıxdı. Lalə yerə yıxıldıqdan sonra onun öldüyünü düşünüb evi tərk etdim. Evi tərk etdikdən sonra öz evimdə olan hamama keçərək əl-üzünü yuyaraq daha sonra isə oranı tərk etdim, yaxınlıqdakı qəbirstanlığa getdim. Orada mülki geyimli polis əməkdaşları yaxınlaşaraq polis olduqlarını və polis idarəsinə onlarla birlikdə getməyini söylədilər. Lalənin hadisə zamanı hamilə olduğunu bilməmişəm, Lalənin hamilə olmasını məsuliyyətə cəlb olunduqdan sonra öyrənmişəm”.
Məhkəmədə məlum olub ki, əri tərəfindən bıçaqlanan qadın hamilədir. O, əri ilə küsülü olduğu vaxt xalası oğlu ilə cinsi əlaqəyə girdiyini və ondan hamilə qaldığını deyib.
Məhkəmə Həbib Məmmədovu 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.