Ağdam Sənaye Parkı günəş panelləri ilə işıqlandırılır - Fotolar

Ağdam Sənaye Parkı günəş panelləri ilə işıqlandırılır  - Fotolar
QARABAĞ / GÜNDƏM

2-12-2021, 15:27

Mətn ölçüsü

Ağdam Sənaye Parkında sosial zonanın təşkili istiqamətində işlər artıq yekunlaşdırılıb.

Bu barədə News24.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib. 

Belə ki, subartezian quyusundan Sənaye Parkının sosial zonasına su xətləri çəkilib. Burada rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi, mağaza, aptek və yeməkxana yaradılıb, əraziyə asfalt yol çəkilib, abadlıq işləri aparılıb. Parkın ərazisində Kapital Bankın bankomatı quraşdırılıb, yaxın günlərdə isə ödəniş terminallarının qoyulması planlaşdırılır.

Sənaye Parkının işıqlandırılmasında günəş enerjisindən qidalanan panellərdən istifadə edilir.

Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Hazırda müxtəlif çeşidli sintetik xalça, uniforma, xüsusi və fərdi geyimlərin, polimer məhsulların, günəş enerjisi ilə qidalanan işıq dirəkləri və xüsusi dam örtüklərinin, prefabrik dəmir-beton məmulatlarının istehsalı üzrə ümumi 5 potensial layihəyə baxılır ki, bu layihələr üzrə 1100 nəfərdən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.