“Evdə tək”in çəkildiyi malikanədə bu qiymətə qalmaq olar - FOTOLAR
    • 2-12-2021, 18:04
    • 582

“Evdə tək”in çəkildiyi malikanədə bu qiymətə qalmaq olar - FOTOLAR

Dünyaca məşhur “Evdə tək” filminin çəkildiyi malikanə “Airbnb” saytında icarəyə çıxarılıb.

News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki,  evin icarəyə verilməsinə dair elan filmin əsas qəhrəmanı Kevinin qardaşı Baz Makkalisterin adından yerləşdirilib.

Dekabrın 7-dən etibarən evi icarəyə götürmək mümkün olacaq. Bununla belə, evi yalnız bir gün, 12 dekabr üçün icarəyə götürmək orada qalmaq mümkündür.

İcarə maksimum 4 nəfər üçün nəzərdə tutulub. Evin icarə haqqı isə 25 dollar olaraq göstərilib.