"9 ay ərzində 321 qazi cərrahiyyə əməliyyatı edilib"- ZAUR ƏLİYEV
    • 8-12-2021, 13:31
    • 395

"9 ay ərzində 321 qazi cərrahiyyə əməliyyatı edilib"- ZAUR ƏLİYEV

"YAŞAT" Fondunun əsas fəaliyyətlərindən biri də tibbi xidmətlərlə bağlı idi.  Biz də ilk gündən etibarən koordinasiyalı şəkildə çalışdıq. Şəhid ailələri və qazilərin tibbi xidmətlərini təmin etmək üçün bütün cəhdlərimizi səfərbər etmişik".

News24.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) direktoru Zaur Əliyev "YAŞAT" Fondunun 1 illik fəaliyyətinə dair mətbuat konfransında deyib. 

O bildirib ki, qruma daxil olan müraciətlər əsasında 9 ay ərzində 7051 şəxsə 9143 tibbi xidmət göstərilib: "Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə şəhid ailə üzvlərinin 3 012 və yaralıların 2 525 müraciəti olmaqla ümumilikdə 5 537 müraciət təmin edilib. 321 qazi cərrahiyyə əməliyyatı edilib. 600 şəhid ailəsi və 1600 qaziyə psixoloji xidmət göstərilib".

Məhərrəm ƏLİYEV
Foto: Teymur MƏMMƏDOV