Qazilər müalicə üçün niyə təkcə Türkiyəyə göndərilir? - Fond rəhbəri AÇIQLADI
    • 8-12-2021, 14:26
    • 302

Qazilər müalicə üçün niyə təkcə Türkiyəyə göndərilir? - Fond rəhbəri AÇIQLADI

 "YAŞAT" Fonduna daxil olan müraciətlərin cavablandırılması 1 həftəyə qədər azaldılıb. Amma müəyyən məqamlarda gecikmə halları olur. Buraya bankla bağlı prosedurları qeyd edə bilərik. İstisna müraciətlər tibb sahəsidir. Biz bu müraciətlərə dərhal reaksiya veririk".

News24.az-ın məlumatına görə, bunu "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov "YAŞAT" Fondunun 1 yaşı ilə əlaqədar keçirilən mətbuat konfransında  deyib. 

O bildirib ki, yeni layihələr olacaq: " "YAŞAT" Fondunu 2022-ci illə bağlı tədbirlər planı hazırlayıb. Lənkəran şəhərində YAŞAT düşərgələri keçiriləndə şəhidlərin övladları digər rayonlarda da bu düşərgələrin yaradılmasını xahiş etdi. Biz bu xahişi yerinə yetirəcəyik. Digər layihələrlə bağlı məlumatlar veriləcək".

E.Hüseynov qeyd edib ki, Türkiyə Respublikasına göndərilən qazilərin sayı 150-ni keçib: "Türkiyə bizə dost və qardaş ölkə olduğu üçün qazilərimizi əmanət edə bilirik. Türkiyəni seçməkdə digər səbəb dil məsələsidir. Qazilərimiz öz narahatlıqlarını rahat ifadə edə bilirlər. Qazilərimizin bütün əməliyyatları Türkiyə səhiyyəsində mövcuddur. Yox cavabını aldığımız halda alternativ ölkələri düşünə bilərik. Amma bu günə qədər bütün müraciətlərimizə müsbət cavab verilib".