"Şəhid övladlarının ehtiyacları üçün bankda əmanət hesabı açılıb"
    • 8-12-2021, 14:03
    • 285

"Şəhid övladlarının ehtiyacları üçün bankda əmanət hesabı açılıb"

 
"Şəhid övladlarının zəruri ehtiyaclarını qarşılamaq üçün ilkin olaraq analarının hesabına 1000 manat köçülürülüb".
 
News24.az xəbər verir ki, bunu "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov "YAŞAT" Fondunun 1 illiyinə dair keçirilən mətbuat konfransında  deyib. 

O bildirib ki, bununla yanaşı, müvafiq bankda əmanət hesabı açılaraq, 5 min manat depozit yatırılıb: "Bu vəsait onların müstəqil həyata qədəm qoyduqda əllərində müəyyən kapitalın olması üçündür. Yatırılan 5 min manat hesab artan hesabdır, bu məbləğ gələcəkdə 15 min manata qədər arta bilər".

Məhərrəm ƏLİYEV
Foto: Teymur MƏMMƏDOV