"Hər müraciət edən müharibə əlilinə illik 2 min manatlıq dərman vəsaiti ayrılır"
    • 8-12-2021, 14:06
    • 283

"Hər müraciət edən müharibə əlilinə illik 2 min manatlıq dərman vəsaiti ayrılır"

"YAŞAT" Fonundan bütün müharibə əlilləri yararlana bilərlər".

News24.az xəbər verir ki, bunu "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov "YAŞAT" Fondunun 1 yaşı ilə əlaqədar keçirilən mətbuat konfransında  deyib. 

O bildirib ki, hər bir müraciət edən müharibə əlilinə illik 2 min manatlıq dərman vəsaiti ayrılır: "Onlar fondun müqaviləsi olan apteklərə müraciət edərək bu dərmanları əldə edə bilərlər"