-
- 9-12-2021, 14:40
- 928
Bəstəkar Cahangir Cahangirovun 100 illik yubileyi qeyd olundu - FOTO
Dekabrın 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanın tanınmış bəstəkarları, Respublikanın Xalq artisti, Dövlət mükafatı laureatı, professor Cahangir Cahangirovun "Xanəndənin taleyi" operasının tamaşası keçirilib. Tamaşa bəstəkarın 100 illiyinə həsr olunub.
News24.az xəbər verir ki, "Xanəndənin taleyi" operasını C.Cahangirov 1978-ci ildə qələmə almışdı.
Opera XX əsrin əvvəllərində şöhrətin ən uca zirvəsində ikən Avropaya mühacirət edən və həyatının sonuna kimi vətən həsrəti ilə yaşayıb dünyasını dəyişən xanəndə Mir Səidin faciəvi taleyindən bəhs edir.
Dekabrın 8-də keçirilən tamaşada Mir Səid rolunu Respublikanın Əməkdar artisti İlkin Əhmədov ifa edib. Opera tamaşasında həmçinin Teatrın aparıcı solistləri Əməkdar artistlər Afaq Abbasova (Xanım), Əliəhməd İbrahimov (Rəşid bəy), Səbinə Vabahzadə (Gülsüm), Fəridə Məmmədova (Rəna), Tural Ağasıyev (Aşur bəy), solistlər Fəhmin Əhmədli (Qasım), Mahr Tağızadə (Məmməd) və Rza Xosrovzadə (Əsədulla bəy) çıxış ediblər.
Tamaşanı Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatın laureatı Əyyub Quliyev idarə edib.
Yubiley tamaşası geniş tamaşaçı auditoriyası toplamış, yaradıcı ziyalıların və KİV nümayəndələrinin iştirakı ilə baş tutub.
"Xanəndənin taleyi" Teatr kollektivinin böyük Azərbaycan bəstəkarı Cahangir Cahangirovun ölməz irsinə hörmət və məhəbbətinin təcəssümüdür.