Azərbaycanda pulun üstünə tüpürəndən sonra ödəniş edən gənc ÜZR İSTƏDİ - Video
    • 10-12-2021, 14:50
    • 980

Azərbaycanda pulun üstünə tüpürəndən sonra ödəniş edən gənc ÜZR İSTƏDİ - Video

"Pul nişanına hörmətsizlik edən şəxs müəyyən olunaraq polis orqanına çağırılıb".

News24.az-ın xəbərinə görə, bunu Daxili İşlər Nazirliyinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, paytaxt sakini Etibar İskəndərovla profilaktiki söhbət aparılmaqla, bu əməlin neqativ hərəkət olması onun diqqətinə çatdırılıb: "O, bu əməlindən peşiman olduğunu bildirib, sosial şəbəkələrdə yayılan həmin görüntülərə görə üzxahlıq edib".

Qeyd edək ki, Etibar İskəndərovun pul nişanına hörmətsizlik etməsi ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.