Qohumunu odlu silahla qətlə yetirən şəxs tutuldu
    • 11-12-2021, 13:31
    • 259

Qohumunu odlu silahla qətlə yetirən şəxs tutuldu

Prokurorluq Bakıda qətllə bağlı məlumat yayıb.

Suraxanı rayon Prokurorluğundan News24.az-a verilən məlumata görə, dekabrın 10-da Suraxanı rayonu Binə qəsəbəsi sakini Allahverdi Mirzəyevin yaşadığı evin həyətində odlu silahla qətlə yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin qayını Taryel Qurbanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngi ilə Allahverdi Mirzəyevin üz nahiyəsinə atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Taryel Qurbanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.