Lənkəranda 11 yaşlı yeniyetmə qəlpə yarası aldı
    • 15-12-2021, 14:15
    • 476

Lənkəranda 11 yaşlı yeniyetmə qəlpə yarası aldı

Lənkəranda naməlum əşyanın partlaması nəticəsində 10 yaşlı uşaq xəsarət alıb.

Hadisə rayonun Gəgiran kəndində qeydə alınıb.

İlkin məlumata görə, 2011-ci il təvəllüdlü Şəhriyar Məhərrəmzadə naməlum əşya ilə oynayan zaman partlayış baş verib. Nəticədə sol ayağından xəsarət alan uşaq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. /APA/