Ağdamda yol çəkən maşın minaya düşdü
    • 16-12-2021, 13:41
    • 1 096

Ağdamda yol çəkən maşın minaya düşdü

Ağdamın işğaldan azad olunmuş ərazisində mina partlayışı baş verib.

Minatəmizləmə Agentliyindən News24.az-a verilən məlumata görə, hadisə yol çəkən texnikanın minalardan təmizlənməmiş hissəyə daxil olarkən zamanı baş verib.

Partlayış nəticəsində xəsarət alan olmayıb. Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub.