-
- 16-12-2021, 15:04
- 574
Həbs edilmiş şəxs: “Qorxduğum üçün digər cinayətləri üzərimə götürdüm” – TƏFƏRRÜAT
Bul il may ayının 20-na keçən gecə Qaradağ rayonu Müşfiqabad qəsəbəsində oğurluq etdiyinə görə tutulmuş şəxs məhkəmənin hökmü ilə azadlığa buraxılıb.
News24.az-ın məlumatına görə, Qaradağ rayon Məhkəməsində Nicat Babayev (şərti) barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə açılmış iş üzrə keçirilmiş istintaq zamanı təqsirləndirilən şəxsin qarşı tərəfə vurduğu ziyanı tam ödədiyi və ilk dəfə belə bir əməl törətməsi hərəkətindən peşman olması bildirilib. Hakim Rufan Mürsəlovun sədrliyi ilə keçirilən prosesdə onun həbsdən azad edilməsinə və barəsində azadlığın məhdudlaşdırılması qətimkan tədbirinin seçilməsinə, üzərinə elektron nəzarət qurğusunun tapılmasına qərar verilib.
Qeyd edək ki, təqsirləndirilən şəxs tanımadığı şəxsin Müşfiqabaddakı evinə girərək 740 manat dəyərində oğurluq edib. Həmin vaxt ev sahibi oğlunun Xocasəndəki evində olub və geri qayıdanda pəncərənin qırıldığını, evin dağıdılığını görüb. Hadisəni törədən Nicat Babayev ibtidai istintaqda qorxduğu üçün başqa hadisələri də öz üzərinə götürdüyünü, lakin ilk dəfə belə bir əməl törətdiyini deyib:
“Yalnız bir dəfə oğurluq cinayəti törətmişəm. Belə ki, 19 may 2021-ci il tarixində yaşadığım Pirəşükül qəsəbəsində kafedə spirtli içki qəbul etdiyim üçün sərxoş vəziyyətdə olmuşam. Buna görə də oğurluq etmək fikrinə düşmüşdüm. Həmin gün, yəni 19 may 2021-ci il tarixdən 20 may 2021-ci il tarixə keçən gecə, gecə saatlarında Müşfiqabad qəsəbəsinə gəldim. Nömrəsiz fərdi tikili evə girmək qərarına gəldim. Ətrafda və həmin mənzildə heç kimin olmadığını müəyyən etdikdən sonra darvazadan tullanmaqla həyətyani sahəyə keçib evin pəncərəsini əlimlə itələyib evə daxil oldum. Evin otaqlarını axtardım. Evin bir otağının qapısının da bağlı olduğu üçün həyətyani sahədən götürdüyüm dəmir parçası ilə sındırıb açdım. Otaqları axtardıqdan sonra hal-hazırda xatırlamadığım yerdən götürdüyü gümüş üzüyü, boyunbağını, qol saatını, bir ədəd avtomobil maqnitofonunu götürüb evdən çıxdım. Bundan başqa, zirzəmidən laqonda aparatını oğurladım. Həmin evdən götürdüyü əşyaları da tanımadığı şəxsə hal-hazırda xatırlamadığı məbləğdə satmışam. Yadımdadır ki, həmin evdən götürdüyüm laqondanı tanımadığım şəxsə 30 manata satmışam. Bundan başqa oğurluq cinayəti törətməmişəm. İbtidai istintaq zamanı qorxduğum üçün və cəzamın yüngülləşəcəyini düşündüyüm üçün digər oğurluq cinayətlərini də törətdiyimi bildirmişəm. Yaxınlarım tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyan ödənilib, zərərçəkmiş şəxsin mənə qarşı heç bir şikayət və tələbi yoxdur. Törətdiyim əməldən çox peşmanam və bir daha belə hərəkətlərə yol verməyəcəyəm”.