Ötən gün toylara görə daha 3 nəfər CƏRİMƏLƏNDİ
    • 17-12-2021, 10:09
    • 250

Ötən gün toylara görə daha 3 nəfər CƏRİMƏLƏNDİ

Dekabrın 16-da Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 154 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, monitorinq 151 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 şadlıq sarayının sahibi İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib, 63 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.