Prezident nazirlik əməkdaşlarını TƏLTİF ELƏDİ
    • 17-12-2021, 15:53
    • 290

Prezident nazirlik əməkdaşlarını TƏLTİF ELƏDİ

Prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin əməkdaşlarını təltif edib. 

News24.az xəbər verir ki, dövlət başçısının sərəncamı ilə Azərbaycanda müdafiə sənayesinin inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin aşağıdakı əməkdaşları təltif ediliblər:

“Tərəqqi” medalı ilə

Əliyev Siyavuş Hüseyn oğlu
Quliyev Fəlah Fəxrəddin oğlu
Mustafayev Zahid Seyfəddin oğlu
Tahirov Rasim Firudinoviç

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Əliyev Samir Vidadi oğlu
Fətullabəyli Aytən Məmməd qızı
Qasımov Elçin Atəş oğlu.
Qeyd edək ki, 17 dekabr - Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) əməkdaşlarının peşə bayramıdır.