-
- 21-12-2021, 10:36
- 560
Emin Əmrullayev brifinq keçirir
"Təhsildə ardıcıllıq prinsipinin və keyfiyyətin qorunması ilə bağlı olaraq məktəbəqədər təhsil pilləsinin müstəsna əhəmiyyəti var".
News24.az xəbər verir ki, bunu Prezidentin müvafiq sərəncamları ilə bağlı keçirilən brifinqdə təhsil naziri Emin Əmrullayev deyib.
Nazir qeyd edib ki, Azərbaycanda məktəbəqədər təhsillə bağlı ciddi uğurlar əldə olunub: "Qarşıda duran əsas məqsədləri iki hissəyə bölmək olar. Birinci hissəyə texniki (idarə olunma, səmərəliliyinin artırılması, qayğı və s), ikinci hissəyə isə alternativ məktəbəqədər təhsil modellərinin artırılmasını qeyd edə bilərik.
Uşaqlar nə qədər tez tədrisə cəlb olunsa, bu, onların gələcək fəaliyyəti üçün önəmlidir.
Prinsip etibarilə bölgələrdə təhsili idarə edən qurumlar ləğv olunmayacaq. Sadəcə Təhsil nazirliyinin tabeliyində fəaliyyət göstərəcəklər. Regional idarələrin yaranması bizə imkan verəcək ki, təhsil fəaliyyətini vahid formata çevirək.
Bu gün təhsil sistemi mərkəzləşmiş formada fəaliyyət göstərir. Regionlarda olan narazılıqlar və vətəndaşların müraciətlərində artıq regional idarələr rol oynayacaq".
Nazir əlavə edib ki, vətəndaşlar haqlı iradlarını düzgün formada ifadə etmədikləri üçün müəyyən çətinliklər yaranır: "Şagird dəyişməsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul və s. kimi cari məsələlərin həllində regional idarələrin üzərinə məsuliyyət düşəcək.
Regional idarələrin bacarıqları artdıqca, işlərinə inam çoxaldıqca, onların səlahiyyətləri artırıla bilər. Ancaq idarəçilik düzgün olduğu halda bu proses baş verəcək".