Bakıda 17 yaşlı qızı 1500 manata fahişə kimi satan CƏLALIN ŞOK ƏMƏLLƏRİ
    • 27-12-2021, 13:39
    • 1 311

Bakıda 17 yaşlı qızı 1500 manata fahişə kimi satan CƏLALIN ŞOK ƏMƏLLƏRİ

Bakıda gənc qızları əcnəbi şəxslərə, həmçinin digər imkanlı şəxslərə fahişə kimi təqdim edərək onların müxtəlif yerlərdə görüşlərini təşkil edən 1991-ci il təvəllüdlü Cəlal Budaqov (soyad şərtidir) məsuliyyətə cəlb edilib.

News24.az
-ın məlumatına görə, Göyçay rayonunda anadan olmuş, Bakı şəhər Nizami rayonu Özbakistan küçəsində yaşayan, ali təhsilli Cəlal Budaqov barəsində Cinayət Məcəlləsinin 171.1-ci (Yetkinlik yaşına çatmayanı fahişəliyə və ya digər əxlaqsız əməllərə cəlb etmə) və 243.1-ci (Gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddələri ilə iş açılıb. İş üzrə Məhkəmə prosesi Nərimanov rayon Məhkəməsində keçirilib. Məhkəmədə məlum olub ki, Cəlal 10-a yaxın gənc qızı əcnəbi turistlərə, eləcə də Bakıda yaşayan imkanlı şəxslərə fahişə kimi təqdim edərək onların otellərdə və digər ünvanlarda görüşərək cinsi əlaqəyə girməsini təmin edib. Onların arasında yetkinlik yaşına çatmayan Zahirə adlı qız da olub. Cəlal qızların instaqramda paylaşdıqları şəkilləri müştərilərə göstərərək onları görüşə gətirə biləcəyini deyib. Gözəlliyi ilə seçilən qızların görüş qiyməti isə 300 manatdan 1500 manatadək olub.

Məhkəmədə təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilsə də, Zahirənin fahişəliyə cəlb edildiyi vaxt onun yetkinlik yaşına çatdığını bilmədiyini deyib: “2017-ci ilin sonlarında Xətai rayonunda yerləşən “Boulevard Side” otelində yerləşən restoranın inzibatçısı işləmişəm, həmin otelə xarici ölkələrdən gələn müştərilərlə münasibət qurmağa başlamışdım. Lakin həmin restoranda təxminən 3 ay işlədikdən sonra oradan çıxdım. Həmin müddətdən sonra otelin restoranında işlədiyim vaxtdan artıq oraya gələn xarici vətəndaşlara pul qarşılığında cinsi əlaqədə olmaq üçün tanış qızlar təşkil etməyə başlamışam. Qızları əsasən “Tunel Club” adlanan gecə klubundan tapıb müştərilərin yanına aparırdım. Müştərilər cinsi əlaqədə olmaq müqabilində pulu qızların özlərinə verirdi, mənim qazancım isə həmin müştərilərin onlara verdikləri pul vəsaitləri olub. Aysel, Aysu, Nigar, Nuranə, Zahirə, Cəmilə və sair zərərçəkmiş şəxsləri tanıyıram. Məsələn Nigarı 2018-ci ilin noyabr ayınadək bir neçə dəfə fahişəliyə cəlb etmişəm. Müştəriyə Nigarı əsasən 300 manata təklif etmişəm, həmin puldan da Nigar mənə 100 manat verib. Həmçinin, Fəridəni özüm birbaşa fahişəliyə cəlb edib pul qarşılığında cinsi əlaqədə olmaq üçün kişi müştərinin yanına göndərmişəm, həmin vaxt müştəri Fəridəyə 400 manat pul verib. Bəzi qızları sifariş əsasında kişi məclislərinə göndərmişəm. Məclisə göndərdiyim Ülkərə müxtəlif məbləğlərdə pullar verilib, Ülkər də həmin puldan mənə vermək istəyəndə götürməmişəm. Zahirəni bir neçə dəfə müştəri ilə görüşdürmüşəm, Zahirəni fahişəliyə cəlb etdiyim vaxtlarda onun yaşını bilməmişəm. Sonradan Zahirə ilə aramızda yaranmış mübahisə zamanı Zahirə yaşının 17 olduğunu bildirib və bunu bildikdən sonra ondan uzaqlaşmışam. 2020-ci ilin fevral ayında Zahirə məni ad gününə dəvət etdi, həmçinin Zahirə mənə 18 yaşının tamam olduğunu dedi, məni əmin etmək üçün şəxsiyyət vəsiqəsini göstərdi. Nuranəni isə təxminən 2017-ci ilin axırlarından tanımışam. Nuranəni bir neçə dəfə müxtəlif ünvanlara pul qarşılığında cinsi əlaqədə olmaq üçün müştərilərin yanına göndərmişəm. Afa ləqəbli Aysel Əli-zadə ilə isə tanışım vasitəsilə münasibət yaratmışam, söhbət zamanı Aysel maddi çətinlikləri olduğunu, pul müqabilində cinsi əlaqədə olmaq üçün müştəri olarsa məlumat verməyimi bildirmişdi. 2020-ci ilin iyun ayında Ayseli bir nəfər müştəri ilə 600 manat pul müqabilində görüşdürmüşəm. Cəmilənin isə fahişəliklə məşğul olduğunu əvvəlcədən bilirdim. Cəmilə mənə bildirmişdi ki, maddi çətinlikləri olduğu üçün müştəri olduqda ona deyim. Cəmiləni 2020-ci ilin fevral ayında və avqust ayında iki dəfə müştəri ilə görüşdürmüşəm, hər iki dəfə 500 manat müşətəridən pul alınıb və həmin puldan 100 manatı mənə verilib. Etdiklərimə görə çox peşmanam. Zərərçəkmiş şəxslərlə barışmışam, mənə qarşı şikayət və tələbləri yoxdur. Ona görə məhkəmədən mənə yüngül cəza təyin edilməsini xahiş edirəm”.

Məhkəmədə zərərçəkən kimi tanınan fahişəliyə cəlb edilmiş gənc qızlar da ifadə verib. Onlar arasında olan 2002-ci il təvəllüdlü Zahirə Məmmədli Cəlalla bağlı deyib: “2019-cu ilin may ayının sonlarında məclislərdən birində rəfiqəm Nuranə məni Cəlalla tanış etdi. Cəlal mənim iş axtardığımı, maddi çətinliklər içərisində yaşadığımı bildikdə, pul qarşılığında cinsi əlaqədə olmaq üçün müştərilərlə görüşdürməyi təklif etdi, mən də çıxılmaz vəziyyətdə qalıb Cəlalın təklifini qəbul etdim. 2019-cu ilin may ayının sonlarından etibarən Cəlal məni müxtəlif kişi müştərilərlə pul qarşılığında cinsi əlaqədə olmaq üçün görüşdürməyə başladı. Lakin, həmin vaxtlar Cəlal 17 yaşım olduğunu bilməyib və bu barədə Cəlala heç nə deməmişdim. Cəlal məni müştərilərlə 300-500-1000 manat pul qarşılığında görüşdürüb, həmin pulları müştərilər mənim özümə verib və mən də sonradan həmin pullardan müvafiq olaraq 100-200-400 manatı Cəlala şəxsən vermişəm. Cəlal məni müştərilərə özü təqdim edib, müştərilərlə müxtəlif ünvanlarda görüşmüşəm. Cəlalın məni görüşdürdüyü müştərilər barədə ətraflı məlumatım olmayıb. 2019-cu ilin iyul ayının sonlarında Cəlal məni bir nəfər müştərinin yanına göndərdi, lakin mənim müştəri ilə aramda mübahisə yarandı. Müştəri ilə mübahisə edib ünvandan çıxıb getdim, daha sonra Cəlal mənim nömrəmə zəng edərək nə üçün müştəri ilə mübahisə edib ünvandan çıxdığını soruşub danlamağa başladı. Bu zaman Cəlalla mübahisə etdi. Cəlal dedi ki, bu hərəkətimə görə başıma oyun açacaq. Mən də əsəbləşərək Cəlala bildirmişdir ki, əgər mənə qarşı qeyri-qanuni hərəkət etsə onun özü barədə şikayət edib bildirəcəm ki, məni 17 yaşımdan fahişəliyə cəlb edib”. 

İfadə verən digər qızlar da Cəlalın onların fotolarını instaqramdan götürərək müştərilərə təqdim etdiyini və müştərilərin bəyəndiyi halda 300-1500 manat qarşılığında görüşlərə getdiklərinə və hər görüşə görə 100, bəzi hallarda 500 manata kimi faizi Cəlala verdiklərini deyiblər.

Həmçinin şahid ifadələri də Cəlalın əməllərini təsdiq edib. Şahidlərdən R.S deyib: “Cəlalı 2019-cu ilin oktyabr ayından tanımışam. Cəlal barəsində bilmirdim ki, həmin şəxs pul qarşılığında cinsi əlaqədə olmaq üçün qadın təşkil edir. Belə ki, Cəlala “Whatsapp” proqramı vasitəsilə zəng vurub danışmışam, ona noyabr ayının əvvəllərində zəng vurub pul qarşılığında cinsi əlaqədə olmaq üçün qadın istəmişdim, həmin vaxt 300 manata bir qız göndərdi, oteldə görüşdük. Bir neçə dəfə bu formada qızlar göndərib və pul qarşılığında cinsi əlaqədə olmuşuq. Bir dəfə də Zahirənin fotolarını göndərdi, lakin Zahirə ilə görüşmədim”.

Bakıda klinikalardan birində həkim işləyən N.S isə Cəlalı 2020-ci ilin iyun ayından etibarən tanıdığını, onun nömrəsini hazırda xatırlamadığı tanışının verdiyini deyib: “Tanışım Cəlalın nömrəsini verərkən Cəlalın qadınları fahişəliyə cəlb etdiyini və onun vasitəsilə müxtəlif qızlarla pul müqabilində cinsi əlaqədə ola biləcəyimi bildirdi. Cəlalla əlaqə saxladıqda o, mənə bir neçə qızın şəkillərini göndərərək həmin qızların qiymətinin 420 manatdan 1500 manatadək olmasını qeyd etdi. Cəlalla “Whatsapp” vasitəsilə əlaqə saxlamışdım. Cəlalla mütəmadi olaraq əlaqə saxlayıb mənə pul müqabilində cinsi əlaqədə olan qızların şəkillərini atmasını xahiş etmişəm, xoşuma gələn olduqda isə onların adını xatırlamadığım otellərə göndərməsini bildirmişəm. Cəlal iki dəfə cinsi əlaqədə olmaq üçün qız göndərsə də, qızlar xoşuma gəlmədiyi üçün onları geri qaytarmışdım. Çox zaman instagram sosial şəbəkəsində xoşuma gələn qızların şəkillərini Cəlala göndərərək onları cinsi əlaqədə olmaq üçün təşkil etməsini xahiş etmişəm, bəzi hallarda Cəlal həmin qadınlarla münasibətinin olmamasını, bəzi hallarda isə həmin qızların fahişəliklə məşğul olmadıqlarını bildirirdi, bir neçə qızla isə münasibətinin olduğunu bildirmişdi. Belə ki, bir dəfə Cəlala bir nəfər qohumum üçün cinsi əlaqədə olmaq məqsədilə qız təşkil etməsini demişəm”. 

Nərimanov rayon Məhkəməsində hakim Tural Ələkbərovun sədrliyi ilə keçirilən prosesin yekununda C.Budaqova Cinayət Məcəlləsinin 171.1-ci maddəsi üzrə ittiham ləğv edilib və ona bu maddə üzrə bəraət verilib. Məhkəmə onu 243.1-ci maddə üzrə təqsirli bilərək 2 min manat cərimə və 9 ay müddətinə islah işlərinə məhkum edib.