Donald Tramp Kim Çen In ilə görüşmək istəmir
    • 11-02-2020, 00:30
    • 965

Donald Tramp Kim Çen In ilə görüşmək istəmir

Prezident Donald Tramp müşavirlərinə bildirib ki, noyabr ayında ABŞ-da keçiriləcək prezident seçkilərinə qədər KXDR lideri Kim Çen In ilə görüşmək istəmir. Bu barədə CNN telekanalı məlumat yayıb.


News24.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ağ Evdən olan mənbənin məlumatına görə, Tramp və onun yaxınları KXDR ilə nüvəsizləşdirmə barədə danışıqlar aparmağa tələsmirlər, çünki bundan olan risk potensial səmərəni üstələyir. 


Bundan başqa, ABŞ tətbiq etdiyi sanksiyaları azaltmayınca, - bu da çətin ki yaxın vaxtlarda baş tutsun, - Pxenyan münasibətlərin normallaşdırılmasına razı olmayacaq.