İşğaldan azad edilən rayonların monitorinqi aparılıb - Nazir AÇIQLADI
    • 28-12-2021, 12:47
    • 249

İşğaldan azad edilən rayonların monitorinqi aparılıb - Nazir AÇIQLADI

Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam, Tərtər, Laçın və Kəlbəcər rayonlarının monitorinqi aparılıb. 

News24.az xəbər verir ki, bu barədə Mədəniyyət naziri Anar Kərimov təşkil olunan hesabat konfransında açıqlama edib. 

O bildirib ki, bu günə qədər 403 dövlət qeydiyyatında olan tarix-mədəniyyət abidəsinə baxış keçirilib. Eyni zamanda da 162 dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji mənşəli obyektlərin  monitorinqi aparılıb. 

Nazir işğaldan azad edilən ərazilərdə 864 mədəniyyət müəssisənə də baxış keçirildiyini vurğulayıb.