-
- 28-12-2021, 17:25
- 1 079
İkinci dozadan 6 ay keçibsə, pasportlar ləğv ediləcək
"Son iki həftədə Hollandiya, Danimarka və Yunanıstanda bütün yeni il bayramları ləğv olunub. Hotellər, fitnes zalları, kinoteatrlar, konsert zalları və s. bağlanıb. Yunanıstanda 60 yaşdan yuxatı şəxslərin vaksin məcburiyyəti var. Portuqaliya, Böyük Britaniya, Parisdə də məhdudiyyətlər var. İspaniyada maska məcburiyyəti var. Avstriyada vaksin setifikatı olmayanlar yalnız önəmli hallarda evdən çıxa bilirlər. Bütün bunları səsləndirməkdə məqsədim odur ki, vəziyyət gərgin olaraq qalır. Ancaq buna baxmayaraq, bizdə vəziyyət stabildir".
News24.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
O bildirib ki, digər ölkələrdə olan məhdudiyyətlər ölkəmizdə də tətbiq edilər bilər: "Bunun baş verməməsi üçün vaksinasiyadan keçməliyik. Tədqiqatlar göstərir ki, vaksinasiya iki dozadan sonra yoluxuculuğu qormağa başlayır. Ancaq ikinci vaksindən 4 ay sonra bu qoruyuculuq azalır. Buna görə də buster dozaya zərurət yaranır.
Fevral ayının 15-dən sonra ikinci dozanın məhdudiyyəti 6 ay müəyyənləşir. İkinci dozadan 6 ay keçdikdən sonra bu pasportlar öz effektivliyini itirəcək. Beləliklə, ikinci dozadan 6 ay sonra müvafiq məkanlara girişə qadağalar olacaq. Yeni bir buster doza vurmaqla immunitet sertifikatının vaxtı uzadılacaq".