Dövlət Sosial Müdafiə Fondu İSO-nun daha 2 sertifikatını aldı: İSO 10002 və ISO 26000
    • 28-12-2021, 18:32
    • 431

Dövlət Sosial Müdafiə Fondu İSO-nun daha 2 sertifikatını aldı: İSO 10002 və ISO 26000

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna (DSMF) “ISO 10002:2018 (“Keyfiyyət menecmenti - Müştəri-vətəndaş məmnuniyyəti - Təşkilatlarda şikayətlərin idarə edilməsi haqqında təlimat”) və “ISO 26000:2010 (“Sosial məsuliyyət haqqında təlimat”) beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub.

News24.az xəbər verir ki, bu standartlar Fonda xidməti əhali kontingenti ilə vətəndaş məmnuniyyəti, sosial məsuliyyət prinsiplərinə uyğun fəaliyyət imkanlarının artırılmasında dəstək olacaq.

DSMF-nin sədri Himalay Məmişov bildirib ki, Fondun fəaliyyətinin ISO 10002:2018 və ISO 26000:2010 standartlarının tələblərinə uyğunlaşdırılması məqsədilə ilkin olaraq əməkdaşlara interaktiv təlimlər keçirilib. Təlimlərdən sonra təşkil edilən imtahan zamanı işçilərin bilik və bacarıqları yoxlanılaraq onlar beynəlxalq nümunəli “Müştəri-vətəndaş məmnuniyyəti” və “Sosial məsuliyyət” sertifikatları ilə təltif olunublar.

Bununla da Fondun aldığı ISO sertifikatlarının sayı 4 oldu. Bundan əvvəl DSMF-yə ISO 9001:2015 (“Keyfiyyəti idarəetmə sistemləri. Tələblər”) və ISO 37001 (“Antikorrupsiya idarəetmə sistemi”) beynəlxalq standartları üzrə sertifikatlar verilib.