Sabirabadda evini tərk edən koronavirus xəstəsi geri qaytarıldı
    • 4-01-2022, 10:02
    • 433

Sabirabadda evini tərk edən koronavirus xəstəsi geri qaytarıldı

Sabirabad rayonu Qəfərli kənd sakini E.Quliyevə COVID-19 testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilsə də, həmin şəxs qaydaları pozaraq yaşadığı ünvanı tərk edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan News24.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən onun qanunazidd hərəkətinin qarşısı alınıb və yaşadığı ünvana geri qaytarıblar.

Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar aparılır.