Sabirabadda evini tərk edən COVID-19 xəstəsi SAXLANILDI
    • 18-12-2021, 10:06
    • 273

Sabirabadda evini tərk edən COVID-19 xəstəsi SAXLANILDI

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus testi müsbət çıxmış şəxslərin yaşadığı ünvanı tərk edib-etməməsi yoxlanılarkən rayonun Türkədi kənd sakini Kənan Qasımovun karantin qaydalarına zidd davranaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan News24.az-a verilən məlumata görə, həmin şəxsin qanunazidd hərəkətinin qarşısı alınıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

Faktla əlaqədar RPŞ-də araşdırmalar aparılır.