-
- 7-01-2022, 16:38
- 513
Əqli qüsurlu şəxsin videosunu yayan şəxslərlə bağlı açıqlama
Quba rayonunda 3 nəfər əqli qüsurlu şəxsin videosunu sosial şəbəkələrdə yayaraq gülüş obyektinə çeviriblər.
DİN-in Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev News24.az-a bildirib ki, Qubada yayılan görüntülər daxil olan vətəndaş şikayətləri əsasında araşdırılıb:
"Həmin şəxsin görüntülərini çəkərək sosial şəbəkələrdə yayan 3 nəfər müəyyən olunub. Müəyyən olunan şəxslər rayon polis şöbəsinə dəvət olunaraq onlarla profilaktiki söhbətlər aparılıb, əməlin hüquqazidd olması onların diqqətinə çatdırılıb. Onlar bu əməllərindən səmimi peşimançılıq keçirdiklərini bildiriblər. Zəruri olan bütün tədbirlər görülüb, paylaşımları sildirilib".