-
- 11-01-2022, 13:54
- 3 640
Ölüdən-ölüyə FƏRQ VAR: dəfn pulu KİMLƏRƏ VERİLİR?
Son günlər dəfn pulu ilə bağlı vətəndaşlardan saytımıza şikayətlər daxil olur. Onlar sosial müavinəti almaqda çətinlik çəkdiklərini, prosesin qəliz olduğunu, fondun müraciətlərə gec baxdığını iddia edirlər.
Şikayətlərdən bir neçəsini təqdim edirik:
L. Mahmudova: “Bacım həyat yoldaşı vəfat etdikdən sonra müavinət üçün müraciət etdi. 8 ay keçdikdən sonra çoxsaylı zənglər, şikayətlər öz nəticəsini verdi və pulu ala bildik. Halbuki mərhumun özü müəllim idi”.
S. Hacılı: “Biz dəfn pulu üçün müraciət etdikdə büdcədə vəsait yoxdur, dedilər”.
A.Məmmədov: “Dayım rəhmətə gedəndə müraciət etdim. Dedilər, pul düşmür. Çünki pensiya almayıb”.
O.Hüseynzadə: “Atama görə dəfn pulu üçün müraciət etdik. Bizə dedilər ki, mesaj gələcək. Onu dəfn etməyimizdən 1 ay keçib. Ancaq hələ də gözləyirik. Biz atamı öz büdcəmizlə dəfn etdik. Ancaq maraqlı burasındadır ki, lazım olan anda bu pul verilmirsə, nə vaxt veriləcək?”
Məsələ ilə bağlı qurumun və ekspertlərin fikirlərini öyrəndik.
Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili News24.az-a açıqlamasında bildirib ki, dəfn üçün müavinət sığortaolunan, əmək pensiyaçısı və ya sosial müavinət alan şəxs vəfat etdikdə verilir:
“Sığortaolunanlar üzrə dəfn üçün müavinətin məbləği sosial müavinətlərə dair qanunvericiliklə, əmək pensiyaçıları üzrə dəfn üçün müavinətin məbləği isə əmək pensiyaları haqqında qanunvericiliklə müəyyən edilir. Yaşa görə pensiya alan şəxs vəfat etdikdə dəfn xərcini üzərinə götürən şəxsə minimum pensiyanın 3 misli qədər, yəni 720 manat, yaşa görə müavinət alan və sığortaolunan şəxs vəfat etdikdə isə 350 manat məbləğində birdəfəlik müavinət ödənilir. Vəfat etmiş şəxs eyni zamanda həm sığortaolunan, həm də əmək pensiyaçısı olduqda, dəfn üçün müavinətin biri - məbləğcə daha böyüyü ödənilir. Sığortaolunan, əmək pensiyaçısı və ya sosial müavinət alan şəxs vəfat etdikdə, dəfn üçün müavinət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazilriyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən vəfat edən şəxsin ailə üzvlərin ə və ya onu dəfn etməyi öhdəsinə götürən şəxslərə verilir”.
Qurumun sözçüsü bildirib ki, sığortaolunan öldükdə dəfn üçün müavinət almaqdan ötrü müavinət təyin edən komissiyaya vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanları tərəfindən verilmiş ölüm haqqında arayış və şəhadətnamədən başqa, həmçinin müvafiq bələdiyyə tərəfindən verilmiş arayış da təqdim olunur: “Bələdiyyə tərəfindən verilmiş arayışda öləni dəfn etməyi öhdəsinə götürən şəxs barədə məlumat əks olunmalıdır. Təqdim olunmuş sənədlərə əsasən, komissiya müavinət almaq hüququnu, müavinətin miqdarını müəyyən edir və müavinətin təyin edilməsi haqda komissiya iclasının protokoluna qeyd edilməklə qərar qəbul edilir. Ölüm haqqında arayışın arxasında komissiyanın səlahiyyət verilmiş üzvünün imzası ilə müavinətin təyin edilməsi və miqdarı haqqında qeydlər edilir.
Dəfn müavinətinin alınması üçün müvafiq sənədlər sığortaedən tərəfindən rəsmiləşdirildikdən sonra məktubu dərhal Fondun yerli qurumlarına və ya “DOST” mərkəzlərinə təqdim etməlidir. Dəfn müavinətinin alınması üçün vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanları tərəfindən verilmiş ölüm haqqında arayış, habelə öləni dəfn etməyi öhdəsinə götürmüş şəxs barədə müvafiq bələdiyyə tərəfindən verilmiş məlumatı əks etdirən arayış da əlavə olunmalıdır.
Fondun yerli qurumları 5 iş günü (dəfn müavinətinin alınması üçün təqdim olunmuş sənədlər üzrə isə 2 iş günü) ərzində təqdim olunmuş sənədləri araşdırıb ödənişi həyata keçirir”.
Vəkil İradə Cavadova ölünün ölüdən fərqlənməsinin doğru olmadığını deyib: “Pensiya alıb-almamağın məsələyə nə aidiyyəti var? Düzgün sistem deyil. Dəfn xərclərinin qarşılanması üçün mütləq qaydada vətəndaşlara vəsait verilməlidir. Bizim adətləri düşünsək, yas mərasiminin keçirilməsini də nəzərdən qaçırmamalıyıq. Dəfn xərcini üzərinə götürən şəxsə minimum pensiyanın 3 misli qədər dəfn pulu təqdim edilməlidir. Ancaq hər kəsə bu müavinət verilməlidir. Dəfn pulunun verilməsi məsələsi elektronlaşdırılmalı və sadələşdirilməlidir. Məsələn, təcili tibbi yardım ölüm faktını qeydə aldığı andan etibarən 1 gün ərzində məlumata baxılmalı və öləni dəfn etməyi öhdəsinə götürən şəxsin hesabına vəsait yüklənməlidir. Məbləğin nağd formada ödənilməsi sui-istifadə hallarına yol aça bilər. Ancaq müvəqqəti hesab açıb, dəfn pulunu oraya köçürmək olar. Çünki insanlar bəzən unudur və vaxt keçir. Belə olan halda sui-istifadə halları ortaya çıxır. Vətəndaşlara deyilir ki, uzun müddət keçib, gecikmisiniz və s. Halbuki qanunvericilikdə müddət məsələsi yoxdur”.
Hüquqşünas Şamil Paşayev bələdiyyələrin bu məsələdə rolundan söz açıb: “Vətəndaş yaşadığı ərazinin bələdiyyəsinə vergilərini ödəməlidir. Həmin şəxs vəfat etdikdə bələdiyyə ödənilən vergilər əsasında həmin şəxsin dəfnini həyata keçirməlidir. Bizdə bələdiyyələr demək olar ki, işlək vəziyyətdə deyil. Ümumiyyətlə, sosial məsələləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və ya Dövlət Sosial Müdafiə Fondundan daha çox bələdiyyələrə yönəltmək və onlardan tələb etmək lazımdır. Həmçinin bələdiyyələrin də büdcəsi olmalı və vergilərini vaxtında yığmalıdır.
Müraciətlərə 5-10 gün arası müddətdə reaksiya verilməsi də məntiqli deyil. Adam bu gün ölübsə, dəfn edən şəxs niyə 1 həftə və ya daha çox gözləməlidir? Bəlkə vətəndaşın heç pulu yoxdur? Prosesi onlayn qaydada nizamlamaq olar”.