Azərbaycanda Novruz çərşənbələrinin vaxtı açıqlandı
    • 12-01-2022, 17:34
    • 664

Azərbaycanda Novruz çərşənbələrinin vaxtı açıqlandı

Azərbaycanda Novruz çərşənbələrinin vaxtı məlum olub.

News24.az xəbər verir ki, N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bu ilin ilk çərşənbəsi olan Su çərşənbəsinin fevral ayının 22-nə təsadüf edəcəyi bildirilib. 

Martın 1-i Od, 8-i Yel (Hava), 15-i isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq.

Qeyd edək ki, Yaz fəsli Azərbaycana martın 20-si saat 19:33-də daxil olacaq. /APA/