Üzərində müəmmalı kamerası olan maşın peyda oldu - BAKIDA - FOTO
    • 13-01-2022, 16:23
    • 554

Üzərində müəmmalı kamerası olan maşın peyda oldu - BAKIDA - FOTO

Sürücülərdən biri redaksiyamızın qaynar xəttinə müraciət edərək Bakıda mülki maşında radar quraşdırılması ilə bağlı məlumat verib. 

News24.az Avtosfer-ə istinadən xəbər verir ki, həmin avtomobil paytaxtın Babək prospektində müşahidə edilib. Belə ki, yolun kənarında çəpəki saxlanılmış qara rəngli avtomobilin üzərində radara bənzər cihazın olduğu deyilir.

Qeyd edək ki, avtomobilin üzərində belə bir cihazın olması qeydə alınmış fotoda da aydın şəkildə görünür. Lakin bunun nə olduğu ilə bağlı heç bir məlumat yoxdur.