İşçisini maşının baqajında aparan müdir etirazlara səbəb oldu – FOTO
    • 14-01-2022, 15:51
    • 475

İşçisini maşının baqajında aparan müdir etirazlara səbəb oldu – FOTO

Türkiyənin Antalya vilayətində işçisini avtomobilinin baqajında daşıyan müdir etirazlara səbəb olub.

News24.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Gazipaşa məhəlləsində inşaat firmasının sahibi usta kimi fəaliyyət göstərən işçisini maşını kirlənmsin deyə ön və ya arxa oturacaqda deyil, maşının baqajında mağazaya aparıb. Bu görüntü isə sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Bəzi insanlar işçisini baqaja saldığı üçün müdiri, bəziləri isə baqajda getməyi qəbul edən ustanı qınayıb.

Avtomobil sahibi olan iş adamı isə həmin gün ustaya iş ayaqqabısı almaq məqsədilə mağazaya apardığını bildirib.