Evdən 40 min manata yaxın pul, 15 minlik qızıl oğurladılar - Foto
    • 15-01-2022, 16:48
    • 388

Evdən 40 min manata yaxın pul, 15 minlik qızıl oğurladılar - Foto

Ağdamda evdən pul və qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıb. 

DİN Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini ona məxsus fərdi yaşayış evindən 37 200 manat pulunun və 15 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat verib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, müraciət əsasında dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakinləri Tural Tağıyev, Anar Həsənov və Ehtiram İsmayıloğlu saxlanılıblar. Həmin şəxslərdən oğurladıqları pulun və qızıl-zinət əşyalarının bir qismi maddi sübut kimi aşkar edilərək götürülüb. 
Faktla bağlı Ağdam RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir