Kreml Putin və Zelenskinin Türkiyəyə dəvətinə münasibət bildirdi
    • 19-01-2022, 14:05
    • 681

Kreml Putin və Zelenskinin Türkiyəyə dəvətinə münasibət bildirdi

"Ukraynadakı vəziyyəti həll etmək üçün istənilən ölkənin səylərini alqışlayırıq".

News24.az
RİA-ya istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

O bildirib ki, Ukraynada nizamlanma üçün danışıqların aparılacağı yer məsələsi ikinci dərəcəlidir: "Əsas odur ki, Minsk razılaşmalarını yerinə yetirmək üçün Kiyevə təsir göstərsin. Türkiyə Kiyevə təsir göstərə və onu Minsk razılaşmalarından irəli gələn öhdəlikləri yerinə yetirməyə sövq edə bilsə, bu, ancaq alqışlana bilər".

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna prezidentlərini aralarındakı problemləri və fikir ayrılıqlarını həll etmək üçün Türkiyədə görüş keçirməyə dəvət edib. Bildirilib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında gərginliyin azaldılması üçün istənilən rolu oynamağa hazırdır.