Bakıda “Life Center”in yerləşdiyi binadakı yanğın söndürüldü - Foto/Video
    • 22-01-2022, 14:38
    • 402

Bakıda “Life Center”in yerləşdiyi binadakı yanğın söndürüldü - Foto/Video

Bakı şəhərinin Nərimanov rayonunda onaltımərtəbəli yaşayış binasında yanğın olub.

News24.az-ın məlumatına görə, hadisə Əhməd Rəcəbli küçəsində yerləşən “Life Center” ticarət mərkəzinin yerləşdiyi binadakı evlərdən birində olub. 

Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Gülçin Mehdiyeva saytımıza açıqlamasında bildirib ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub, yanğın söndürülüb.