Ərazi tullantılardan təmizləndi
    • 22-01-2022, 15:20
    • 354

Ərazi tullantılardan təmizləndi

Yasamal rayonu, “Zefir Mall” Ticarət Mərkəzinin arxa hissəsində  məişət tullantılarının qalaqlanması ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

News24.az xəbər verir ki, xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, tullantıların qalaqlandığı ərazi Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının nəzarəti altında Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçiləri tərəfindən təmizlənib.

“Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə Birliyə məcburi göstəriş verilib”.