Xoşbulaq kəndi ərazisindəki tullantılar təmizləndi - Foto
    • 2-07-2021, 18:04
    • 550

Xoşbulaq kəndi ərazisindəki tullantılar təmizləndi - Foto

Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisinə məişət tullantılarının atılaraq qalaqlanması barədə sosial şəbəkələrdə yayılmış görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Ərazi Xidmətin əməkdaşlarının nəzarəti altında Daşkəsən rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsinin işçiləri tərəfindən tullantılardan təmizlənib.
Gələcəkdə belə hallara yol verilməməsi məqsədilə aidiyyəti qurumlara məcburi göstəriş verilib.