Toyda karantin qaydalarını pozan şəxs həbs edildi
    • 28-01-2022, 09:40
    • 329

Toyda karantin qaydalarını pozan şəxs həbs edildi

Yanvarın  27-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 81 toy şənliyinin monitorinqini həyata keçirib.  

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, monitorinq 79 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;  

-  1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib; 

- 20 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.