-
- 31-01-2022, 12:05
- 996
Bakıda dəhşətli hadisə: Vətən Müharibəsi şəhidinin anası öldü – TƏFƏRRÜAT
Bir neçə ay əvvəl Bakı şəhərinin Binəqədi rayonu ərazisində Vətən Müharibəsi şəhidi Ruslan Bayramovun anası Zeynəb Bayramova yol qəzası nəticəsində vəfat edib.
News24.az-ın məlumatına görə, 1987-ci il təvəllüdlü Toğrul Musayev idarə etdiyi “Mercedes” markalı ağırtonnajlı beton-pompa avtomobili ilə 1967-ci il təvəllüdlü Z.Babayevanın üstündən keçib.
Belə ki, Toğrul xüsusi təyinatlı avtomobillə Binqədidə “Mərkəz” adlanan yeri keçib “Qız qalası” marketin qarşısında çatdıqda tıxac olduğunu görərək maşını dayandırıb. Daha sonra avtomobillərin yavaş sürətlə hərəkət etdiyini görən 34 yaşlı sürücü nəqliyyat vasitəsini saatda 2-3 kilometr sürətlə hərəkətə başladıb. Bu zaman o, maşının altında nəsə qaldığını hiss edərək avtomobili saxlayıb. Sürücü kabinasından yerə düşdükdə o, avtomobilin təkəri altında qadının qaldığını görüb. Dərhal maşını bir qədər hərəkətə gətirən sürücü təkərin altında qalmış piyadanı ətrafdakı şəxslərin köməkliyi ilə xəstəxanaya çatdırıb. Məlikov adına 6 saylı xəstəxanaya aparılan Zeynəb Babayevanın həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı ifadə verən mərhumun həyat yoldaşı bildirib ki, 3 övladı var. Onlardan Ruslan Bayramov 2020-ci ilin 30 sentyabrında Vətən Müharibəsində şəhid olub. 2021-ci ilin sentyabr ayında isə o, evdə təmir işləri görməyə başlayıb. Bu məqsədlə həyat yoldaşı Zeynəb Bayramova emusiya almaq üçün təmir-tikinti materiallarının satıldığı mağazaya gedib. Dəhşətli hadisə də qadın yolu keçərkən baş verib.
Sürücü Toğrul Musayev isə hadisə barədə bildirib ki, avtomobilin sürücü kabinası yuxarıda olduğundan maşınların arası ilə keçən Zeynəb Babayevanı görə bilməyib və nəqliyyat vasitəsinin təkəri altında nəsə qaldığını hiss edən kimi nəqliyyat vasitəsini saxlayıb. O, vəfat edən qadının ailəsi ilə barışdığını, hadisənin təsadüf səbəbindən baş verdiyini bildirib.
Binəqədi rayon Məhkəməsi təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə təqsirli bilinməsinə, 1 il 6 ay müddətinə sürücülük hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə və cəzasını məntəqə tipli müəssisədə çəkməsinə qərar verib.