-
- 4-02-2022, 15:51
- 670
“Məktəblərdə şagird qaydaları DƏYİŞDİRİLƏCƏK” - Nazirliyin rəsmisi
"Bizim təxminən 70 minə yaxın sinfimiz var. Hər sinifdə orta hesabla 5 saat dərs keçirildiyini nzərə alsaq, gün ərzində 350 min dərs tədris olunur. Belə olan halda dərslərdə şagird davranışı və ya digər məsələlərlə bağlı problem ola bilər. Məktəblərdə xoşagəlməz hallar olur, bunu inkar etmək olmaz. Biz isə səbəbləri araşdırıb, çıxış yollarını axtarırıq. Ortaya çıxan nəticə odur ki, məktəblərdə şagird qaydaları təkmilləşdirilməlidir”.
News24.az-ın məlumatına görə, bunu Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev deyib.
Şöbə müdiri bildirib ki, şagird qaydaları yeni reallığa əsasən tərtib edilməlidir: “Bu məsələnin həlli istiqamətində işçi qruplar yaradılıb. Yerli təhsil ictimaiyyəti bu prosesə cəlb olunub".
Nazirliyin rəsmisi əlavə edib ki, məktəb-valideyn, müəllim-şagird münasibətlərini tənzimləyən qaydalar təkmilləşdiriləcək: "Bu məsələ ilə bağlı ictimaiyyətə məlumat veriləcək. Qarşıdakı ildə davranışla bağlı daha sistemli qaydalar görəcəyik. Ancaq bizim hazırda məktəblərə yeni qaydalar göndərməyimizlə bağlı yayılan məlumatlar doğru deyil".