-
- 8-02-2022, 19:26
- 876
Abşeron Milli Parkında “Şahdili peyzajı” - FOTO - VİDEO
Bu gün Abşeron Milli Parkının yaradılmasının 17-ci ildönümüdür.
News24.az xəbər verir ki, bununla bağlı Abşeron yarımadasının Xəzər dənizi ilə birləşən ən ucqar nöqtəsi olan parkda veloyürüş və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ilə birgə açıq havada “Şahdili peyzajı” adlı yaradıcılıq günü təşkil edilib.
Media nümayəndələri və Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv könüllülərin iştirak etdiyi tədbir barədə danışan Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev bildirib ki, Abşeron Milli Parkı digərlərindən öz unikallığına görə seçilir: “Bura ərazi baxımından digər milli parklardan kiçik olsa da, flora və faunasına görə, heç də geriyə qalmır. Tədbirin məqsədi buranın flora və faunası barədə ictimaiyyətə məlumat vermək, həmçinin Milli Parkların önəmi barədə məlumat verməkdir”.
Tədbir rəssamların əl işlərinin nümayişi və təşəkkürnamələrin təqdimatı ilə davam edib.
İştirakçılara Abşeron Milli Parkı haqda geniş məlumat verilib, təbiətin qorunmasının vacibliyi vurğulanıb.
Bildirilib ki, Abşeron Milli Parkına gələn hər bir ziyarətçi ərazini velosipeddən istifadə edərək gəzə və gözəl mənzərələrə şahidlik edə bilərlər.
Qeyd edək ki, Abşeron Milli Parkı 783 hektarlıq ərazidə yerləşir. Park Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 8 fevral tarixli Sərəncamı ilə Bakı şəhərinin inzibati ərazisində, Abşeron Dövlət Təbiət Yasaqlığının bazasında yaradılıb.
Milli Park Bakının cənub-şərq qurtaracağında — Şah Dili ərazisində yerləşir. Abşeron Milli Parkının yaradılmasında başlıca məqsəd ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin (Xəzər suitisi, ceyran, kəkilli dalğıc, gümüşü qağayı, yaşılbaş ördək və s.) qorunub saxlanılması, ekoturizmin inkişaf etdirilməsi, turizm və istirahət (rekreasiya) zonalarının yaradılması, ekoloji monitorinqin həyata keçirilməsi və əhalinin ekoloji cəhətdən maarifləndirilməsini təmin etməkdir.
Abşeron Milli Parkının heyvanat aləmi çox zəngindir. Quşlardan gümüşü qağayı, fısıldayan qu quşu, qırmızıbaş qaz, bizquyruq, yaşılbaş ördək, ağgöz qaraördək, kəkilli dalğıc, böyük ağ vağ, qumluq cüllütü, qaşqaldaq, bataqlıq belibağlısı, dəniz bozcası və s., məməli heyvan növlərindən isə ceyran, canavar, çaqqal, çöl pişiyi, yenot, oxlu kirpi, tülkü, porsuq, dovşan, Xəzərin sularında suiti və həmçinin müxtəlif növ balıqlar məskunlaşmışdır. Abşeron Milli Parkının Xəzər dənizi ərazisində xeyli miqdarda Xəzər suitisi yayılıb.
Bu növ, pərayaqlıların yeganə nümayəndəsidir ki, Dünya okeanının ən kiçik suitisi kimi "Ginnesin Rekordlar Kitabı"na daxil edilib.
Bu ərazini çox vaxt tanıtmaq üçün Azərbaycan xəritəsindəki "qartalın dimdiyi" də deyirlər. Rəvayətə görə, əvvəllər bura yüksək mənsəbli əyanlar, o cümlədən şahlar (xanlar) ova gələrmiş. Ona görə də buranı yerli əhali Şah dili adlandırır.
*** 13:16
Abşeron Milli Parkının yaradılmasının 17-ci ildönümü münasibətilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ilə birgə parkda açıq havada “Şahdili peyzajı” adlı yaradıcılıq günü təşkil edilib.
News24.az-ın xəbərinə görə, Rəssamlıq Akademiyasının müəllim və tələbələrinin rəsm əsərləri, həvəskar və peşəkar fotoqrafların fotoları milli parkda nümayiş etdirilib, gənc rəssamlara parkın təbiətini əks etdirən natura rəsmlərini çəkmələri, fotoqraflara təbiət mənzərələrini, ornitofauna növlərini lentə almaları üçün şərait yaradılıb.
Abşeron Milli Parkında “Şahdili peyzajı” adlı yaradıcılıq gününün təşkilində məqsəd təbii varlıqları yaradıcı şəxslərin duyğularında təqdim etmək, milli parkın mövcud təbiət komplekslərinin rəssamların və fotoqrafların yaradıcı təxəyyülü ilə geniş kütləyə çatdırılmasına dəstək olmaqdir.
“Şahdili peyzajı” yaradıcılıq günündə parka gələn ziyarətçilər, eləcə də tədbirdə iştirak edən Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv könüllülər rəngarəng məzmunlu, rəsm və foto nümunələrindən ibarət sərgi ilə tanış olub, müxtəlif quş növlərini, xüsusilə də flaminqoları müşahidə ediblər.
Eyni zamanda, insanlara sağlam həyat tərzini aşılamaq, ekoloji təmiz nəqliyyat növlərindən istifadəni təşviq etmək, nəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrin azaldılmasına töhfə vermək məqsədilə milli parkda veloyürüş təşkil edilib.
Sonda əsərləri nümayiş etdirilən rəssamlar Abşeron Milli Parkı tərəfindən Təşəkkürnamə ilə təltif olunublar.