-
- 8-02-2022, 16:45
- 603
Məktəbin həyətində şagirdi cərəyan vurdu, öldü
Cəlilabad rayonunda məktəbin həyətində 1-ci sinif şagirdi elektrik cərəyanı vurması nəticəsində ölüb.
News24.az Qafqazinfo-ya xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Ocaqlı kəndində yerləşən 1 saylı tam orta məktəbdə baş verib. Məktəbin 1-ci sinif şagirdi, 2015-ci il təvəllüdlü Hüseyn Yaşar oğlu Zeynalov transformatorun yaxınlığında olarkən onu elektrik cərəyanı vurub.
İlkin məlumata görə, məktəbin həyətində yerləşən transformatorla bağlı dünən təmir işləri aparılıb. Ana xətdən paylayıcıya yeni elektrik naqili ilə cərəyan ötürülüb. Bu zaman naqildə açıq hissə qalıb.
Bu gün dərs bitdikdən sonra H.Zeynalov transformatorun yaxınlığında oynayarkən cərəyan vurması nəticəsində ölüb.
7 yaşlı Hüseynin mərhum babası Xeyrulla Əzizov da həmin məktəbdə müəllim işləyib. Anası qonşu kəndə gəlin köçsə də, uşaq bu məktəbdə təhsil alıb.
Faktla bağlı araşdırma aparılır.