Qənirə Paşayeva təltif edildi - FOTO
    • 9-02-2022, 17:20
    • 549

Qənirə Paşayeva təltif edildi - FOTO

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” yubiley medalı ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin 27.12.2021-ci il tarixli 1532 saylı Fərmanı ilə yubiley medalı ilə təltif etmək səlahiyyətlərini Dövlət Gömrük Komitəsi daşıyır.

News24.az xəbər verir ki, Millət vəkilinin təltif edilməsi barədə qərar qəbul edən Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevə, Komitənin bütün əməkdaşlarına təşəkkür edib, ölkə iqtisadiyyatının çiçəklənməsi yolunda uğurlar diləyib: "Özəlliklə vurğulamaq istərdik ki, ali dövlət rəhbərliyinin tövsiyyə və tapşırıqlarına uyğun olaraq, Gömrük Komitəsi şəhid ailələri üzvlərinin, qazilərimizin işlə təminatı sahəsində fəal mövqe tutan dövlət qurumlarımızdandır. Bu mövzuda Milli Məclisin Mədəniyyət Komitəsinə edilən müraciətlər əsasında Dövlət Gömrük Komitəsinə ünvanlanan məktubların, demək olar, hamısı müsbət cavablandırilmışdır. Komitənin rəhbərliyinə belə nəcib, xeyirxah qərarlarına gorə bir daha təşəkkür edirik".