Vətəndaşlardan qanunsuz saxlanılan silah götürüldü
    • 11-02-2022, 09:46
    • 280

Vətəndaşlardan qanunsuz saxlanılan silah götürüldü

Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir.

News24.az xəbər verir ki, polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində fevralın 10-da respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 2 ədəd ov tüfəngi götürülüb. 

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.