Vətəndaşlardan 8 ov tüfəngi götürüldü
    • 19-01-2022, 10:19
    • 320

Vətəndaşlardan 8 ov tüfəngi götürüldü

Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir.

News24.az xəbər verir ki, polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 18-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 8 ədəd ov tüfəngi götürülüb.  

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.