29 nəfər toya buraxılmadı
    • 16-02-2022, 09:43
    • 266

29 nəfər toya buraxılmadı

Fevralın 15-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 105 toy şənliyinin monitorinqini həyata keçirib.   

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, monitorinq şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 29 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.