4 nəfər “COVID-19” pasportu olmadığına görə toya buraxılmadı
    • 13-01-2022, 09:17
    • 363

4 nəfər “COVID-19” pasportu olmadığına görə toya buraxılmadı

Yanvarın  12-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 86 toy şənliyinin monitorinqini həyata keçirib.  

DİN-dən News24.az-a verilən məlumata görə, monitorinqlər şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;  

- 4 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.