Müəllimlərin tam işə qəbulu bu tarixdə olacaq
    • 16-02-2022, 11:44
    • 314

Müəllimlərin tam işə qəbulu bu tarixdə olacaq

“Bəzi hallarda rus bölməsi üzrə imtahan iştirakçılarının say azlığı müşahidə olunur. Hesab edirik ki, müsabiqə şərtləri və nəticəsində vakansiyaların böyük əksəriyyəti tutulur”.

News24.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında tətbiq edilən yeniliklərlə bağlı danışarkən deyib.

Şöbə müdirinin sözlərinə görə, bu il müsabiqənin əsas turundan sonra 3000 minə yaxın müəllim işə qəbul edilir: “Onlar müddətli əsaslarla işə qəbul edilir. Yanvarın 31-nə qədər işə qəbul edilən müəllimlər üçün daimiləşmənin mart-aprel ayları ərzində keçirilməsi nəzərdə tutulur. Yanvarın 31-dən sonra işə qəbul olan müəllimlərin daimiləşməsi MİQ vasitəsilə təşkil ediləcək”.