“Bura xəstəxana deyil, sağlamlıq mərkəzidir” – Tənqid olunan səhiyyə ocağı ilə bağlı AÇIQLAMA
    • 17-02-2022, 16:08
    • 540

“Bura xəstəxana deyil, sağlamlıq mərkəzidir” – Tənqid olunan səhiyyə ocağı ilə bağlı AÇIQLAMA

Sosial şəbəkələrdə Cəlilabad rayonu Qarazəncir kənd xəstəxanası olduğu iddia edilən səhiyyə ocağının fotoları yayılıb. 

News24.az xəbər verir ki, fotolarda əks olunan xəstə otaqlarının şəraitsiz olması vətəndaşlarda ciddi etiraza səbəb olub.

Məsələni aydınlaşdırmaq üçün Cəlilabad Rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxladıq. 

Mərkəzi Xəstəxanadan saytımıza bildirilib ki, bura Ailə Sağlamlıq Mərkəzidir: “Burada ambulator xidmət göstərilir. ASM-də sadəcə bir otaq bu vəziyyətdədir. Ümumilikdə isə Ailə Sağlamlıq Mərkəzinin təmirə ehtiyacı var. Yaxın vaxtlarda təmiri nəzərdə tutulub”.