Ziya Məmmədovun qardaşı oğlunun toyu olub- VİDEO
    • 19-02-2022, 14:14
    • 474

Ziya Məmmədovun qardaşı oğlunun toyu olub- VİDEO

Sabiq nəqliyyat nazir Ziya Məmmədovun qardaşı oğlu Arzuman Məmmədovun toyu olub.

News24.az "Olay"az-a istinadla xəbər verir ki, dünən Bakıda baş tutan məclisdə bir çox tanınmışlar iştirak edib. Onlar arsında türkiyəli sənətçi Alişan da olub. Eləcə də Xalq artisti Röya Ayxan, Əməkdar artistlər Sevda Ələkbərzadə, Abbas Bağırov, müğənni Zamiq Hüseynov da dəbdəbəli məclisdə səhnə alıblar.

Tədbirin aparıcısı isə Leyla Quliyeva olub.

Məclisdən sonra isə Abbas Bağırov və müğənni Vüsal Hacıyevin də yer aldığı yığıncaq təşkil edilib. Sənətçilərimiz Alişanla birlikdə mahnılar səsləndirib.