Ucarda anbar yanıb
    • 20-02-2022, 10:21
    • 315

Ucarda anbar yanıb

Ucar rayonunda köhnə anbar yanıb.

News24.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Ucar rayonunun Qazyan kəndində ümumi sahəsi 605 m² olan birmərtəbəli tikilinin (anbar kimi istifadə olunub, hazırda fəaliyyət göstərmir) dam örtüyünün taxta atmaları 200 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.